Sizin reklam burada
Sizin reklam burada

"Gürcüstanın xilasında iştirak edəcəm"

"Gürcüstanın xilasında iştirak edəcəm"
Oktyabrın 2-nə Tiflisə bilet almışam.
Report xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.
O, həmin günün axşamı Tiflisdə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib:

“Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.

Sabiq dövlət başçısı Kiyev-Tiflis istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdə Tiflisə çatacaq.

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş