Sizin reklam burada
Sizin reklam burada

"Hamını yerləşdirmək mümkün olmur”

"Hamını yerləşdirmək mümkün olmur”
Azərbaycan Respublikasının “sülhməramlı” Rusiya hərbi kontingentinin himayəsi ilə faktiki olaraq hələ də Ermənistanın işğalında qalan ərazilərindəki separatçı-terrorçu rejimin qondarma “özünümüdafiə ordusu”na (əslində işğalçı Ermənistan ordusг) son aylar guya güclü axın başlayıb.
Moderator.az xəbər verir ki, bu haqda qəsbkar ölkənin “Hraparak” nəşri məlumat yayıb.
Guya iyulun 1-dən etibarən Qarabağda döyüş növbətçiliyində olan müqaviləli hərbi qulluqçuların maaşlarındakı kəskin artım bu “ordu”da xidmət etmək istəyənlərin sayını artırıb. Məlumata görə, hazırda müqaviləli erməni hərbçilər 350-400 min dram(təxm. 695 dollar, yaxud 1180 AZN - təxm. 794 dollar, yaxud 1350 AZN) əmək haqqı alırlar.
Amma buna rəğmən yazıda işğalçı orduda intizamsızlığın baş alıb getdiyi də vurğulanır.
"Kim xidmətə pul üçün gəlirsə, hətta təhlükəsilik xidməti, xilasedicilər və ya polislər hamısı hərbi xidməti hökumətdəki aşağı maaşlı işdən üstün tuturlar. Ancaq itirilmiş ərazilərin zabitləri əlverişsiz vəziyyətdə qalıb,, çünki hamını yerləşdirmək mümkün olmur” –deyə erməni nəşri yazır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş