
"Oğru elə qışqırdı doğrunun bağrı yarıldı. İran bu məsələlərdə Azərbaycana qarşı illər uzunu qeyri-səmimi olub".
Bunu "Baku" TV-yə millət vəkili Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, 1945-1946-ci ildə Təbrizdə milli hökumət qurulanda Azərbaycandan ayrılmaq məsələsi gündəmə gələndə İranın o vaxtkı şahı demişdi ki, İran yatmış şirdir, Azərbaycan onun başıdır. Başsız İran yaşaya bilməz:
"İndi bu Ayətullahın tarixdən xəbəri yoxdur. Bilmir ki, Azərbaycana İranın başı kimi baxıblar. Deyəsən, o, başla ayağı səhv salıb".
Conflict.az