ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin ortaq istehsalı olan koronavirusa qarşı vaksinin uşaqlar üçün nəzərdə tutulmuş variantı klinik sınaqlardan uğurla keçib.
Bu barədə məlumat adıçəkilən şirkətlərin birgə bəyanatında öz əksini tapıb.
Qeyd olunub ki, preparat 5-11 yaşlıların COVID vaksinasiyası üçün hazırlanıb.
Hazırda peyvəndin sınaqlarının ikinci mərhələsi başa çatıb. Testlərdə 2 268 uşaq iştirak edib.
Conflict.az