Sizin reklam burada
Sizin reklam burada

"Moskva və Pekin ABŞ-ın Kabildəki uğursuzluğundan dəhşətli dərəcədə ilhamlanıb"

"Moskva və Pekin ABŞ-ın Kabildəki uğursuzluğundan dəhşətli dərəcədə ilhamlanıb"
Dəmir Qübbə sistemi Ukraynaya gələn həftədən lazım ola bilər.
Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Rusiyanın hərbi müdaxilə təhdidi itməyib, əksinə, heç vaxt olmadığı qədər realdır. Ona görə ki, Moskva və Pekin ABŞ-ın Kabildəki uğursuzluğundan dəhşətli dərəcədə ilhamlanıb. Onlar güman edirlər ki, bu, Amerikanın dünya siyasətindən gedişi barədə ümumi siqnaldır və indi onlara hər şey üçün izn verilib. Bunu artıq Vaşinqtonda başa düşüblər. ABŞ Konqresi iki gündür Blinkeni ABŞ-ın Ukrayna və Tayvanı dəstəkləyəcəyinə dair and içməsi üçün çağırır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ukraynanın Dəmir Qübbə almaq üçün ABŞ-ın razılığı ilə İsraillə danışıqlar apardığı bildirilmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş