Sizin reklam burada
Sizin reklam burada

"Transmilli mütəşəkkil cinayətlərin artması təcili cavab tədbirləri tələb edir"

 "Transmilli mütəşəkkil cinayətlərin artması təcili cavab tədbirləri tələb edir"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçirəcəyi hərbi təlimlər artan təhlükəsizlik təhdidlərinə cavabdır.
Bu sözləri Axar.az-a tacik ekspert Kamran Hidayətzadə KTMT ölkələri Silahlı Qüvvələrinin iştirakı ilə oktyabr ayında Tacikistanda keçiriləcək irimiqyaslı hərbi təlimlər haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu təlimlər KTMT-nin məsul olduğu bölgədə regional təhlükəsizliyi və sabitliyi poza biləcək potensial təhdidləri dəf etmək məqsədi daşıyır:
“Şübhəsiz ki, təhdidlər var – beynəlxalq terror təşkilatlarının fəaliyyətini maliyyələşdirmə mənbələrindən biri sayılan qanunsuz narkotik maddələrin, silahların və digər transmilli mütəşəkkil cinayətlərin artması təcili cavab tədbirləri tələb edir. Planlaşdırılan bu hərbi təlimlər də belə tədbirlərdən biridir”.
Ekspertin fikrincə, regional və qlobal təhlükəsizliyə artan çağırışlar və təhdidlər, onları neytrallaşdırmaq üçün dünya dövlətlərinin əlaqələndirilmiş yanaşmalarını tələb edir:
“Postsovet məkanında təhlükəsizliyi təmin edən yeganə beynəlxalq təşkilat olan KTMT məsul olduğu bölgədə davamlı sülhün yaradılması və davamlı sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələsinə böyük əhəmiyyət verir”, – deyə tacik mütəxəssis bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş