Sizin reklam burada
Sizin reklam burada

"Əfqanıstandan gətirilən narkotik vasitələr İran ərazisindən Avropaya daşınır"

"Əfqanıstandan gətirilən narkotik vasitələr İran ərazisindən Avropaya daşınır"
Əfqanıstandan gətirilən narkotik vasitələr İran ərazisindən Avropaya daşınır. Narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə İrana çox baha başa gəlir.
Bu sözləri İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Vahid Cəlalzadə Danimarkanın Tehrandakı səfiri Yesper Vahr ilə görüşündə deyib. O bildirib ki, Avropa İttifaqı qaçaqmalçılıqla mübarizədə İrana yardım etməyə söz versə də, buna əməl etməyib.
Qeyd edək ki, Əfqanıstandan narkotik vasitələr qaçaqmalçılıq yolu ilə İrana, buradan isə Türkiyə və Avropaya daşınır. Hər il İran polisi və sərhəd xidmətinin əsgərləri 10 min tondan çox narkotik vasitə müsadirə edirlər. Qaçaqmalçılıqla mübarizədə ildə təxminən 4-7 polis əməkdaşı həlak olur. Silahlı narkotik qaçaqmalçıları İran sərhədini qanunsuz və silahlanaraq keçməyə çalışırlar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ