Sizin reklam burada
Sizin reklam burada

Həbsdə olan daha bir icra başçısı koronavirusa yoluxdu

Həbsdə olan daha bir icra başçısı koronavirusa yoluxdu
Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəstəliyi ağır keçirdiyindən o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.
İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. O, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.
Məlumatı Oxu.Az-a onun vəkili təsdiq edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ