Sizin reklam burada
Sizin reklam burada

"Gömrük nəzarətindən keçmədən Azərbaycana malların daşınması qanunsuzdur və əslində qaçaqmalçılıqdır"

"Gömrük nəzarətindən keçmədən Azərbaycana malların daşınması qanunsuzdur və əslində qaçaqmalçılıqdır"
“Ermənistan ərazisində yoxlama erməni sərhədçiləri tərəfindən, Azərbaycanda bizimkilər tərəfindən həyata keçiriləcək...”
“Laçın dəhlizi ilə Qarabağa daşınmalara nəzarətin olmaması əvvəllər də Bakıda narazılığa səbəb olmuşdu. Rusiya Müdafiə Nazirliyinə bu dəfəki müraciətə səbəb isə İrana məxsus avtomobillərlə Qarabağa kütləvi malların daşınması faktıdır”.
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin keçmiş əməkdaşı Azad İsazadə Rusiya mediasına açıqlamasında söyləyib.
"Ölkə rəsmilərinin icazəsi olmadan və gömrük nəzarətindən keçmədən Azərbaycana malların daşınması qanunsuzdur və əslində qaçaqmalçılıqdır. Məsələnin iqtisadi tərəfi budur. Amma bu məsələyə təhlükəsizlik aspektlərindən də baxılmalıdır. Ağır yük maşınları karvanının Qarabağa nə daşıdığını bilmirik. Bəlkə də bu yüklərin arasında silah və digər hərbi təyinatlı məhsullar var" -deyə hərbi ekspert Rusiya nəşrinin müxbirinə bildirib.
Onun fikrincə, Azərbaycanın suveren maraqlarını təmin etmək üçün Gorus-Laçın-Şuşa-Xankəndi yolunun Ermənistanla sərhəddən keçən hissəsində Azərbaycanın müvafiq dövlət qurumlarının sərhəd və gömrük nəzarəti qurulmalıdır. Bu nəzarət, məsələn, Azərbaycan və Rusiya sülhməramlılarının birgə postları şəklində də həyata keçirilə bilər.
"İdeal olaraq, iki ölkənin sərhədində gömrük postları qurula bilər: Ermənistan ərazisində yoxlama erməni sərhədçiləri tərəfindən, Azərbaycanda bizimkilər tərəfindən həyata keçiriləcək. Və tərəflər hansı malların buraxılmamalı olduğunu əvvəlcədən müzakirə edəcəklər. Düşünürəm ki, hansısa mərhələdə tərəflər məhz bu qərara gələcək"- deyib A. İsazadə.
O, hesab edir ki, Azərbaycan birtərəfli qaydada Laçın dəhlizinə nəzarət qura bilər. "Hərbi və texniki baxımdan bu, problem deyil. Məsələnin siyasi tərəfi başqa məsələdir. Amma düşünürəm ki, Azərbaycan bu məsələni rəsmi olaraq Rusiya qarşısında qaldırdığından mümkün nəticələr öncədən hesablanıb" – deyə Azad İsazadə bildirib.

Hərbi ekspert əmindir ki, Laçın dəhlizinə Azərbaycan nəzarətinin qurulması bölgənin erməni əhalisinin maraqlarına xələl gətirməyəcək.

"Nəzarətin qurulması bir növ "blokada tətbiq edilməsi" demək deyil. Bütün humanitar yüklər məhdudiyyətsiz keçəcək. Qarabağlı ermənilər Ermənistana sərbəst şəkildə gedib-gələ biləcəklər.

Həmçinin Qarabağda yaşayan və ya Azərbaycanın bu bölgəsinin sakinləri ilə qohumluq əlaqəsi olan Ermənistan vətəndaşları da sərbəst şəkildə hər iki istiqamətdə sərhədi keçə bilərlər ”- deyə İsazadə bildirib.

Hərbi analitik hesab edir ki, əgər Azərbaycanın qanuni haqlarından söhbət gedirsə, Ermənistandan Qarabağa şirkət və müəssisələr tərəfindən həyata keçirilən daşınmalara da nəzarət etməlidir. Ancaq müəyyən müddət ərzində istisnalar müəyyən edilməsi mümkündür - bu məsələlər Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə həll edilə bilər” – deyə Azad İsazadə əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ