Sizin reklam burada
Sizin reklam burada

2020-ci ilin noyabrından Ermənistan hökuməti Qarabağdakı separatçı-terrorçu rejimə 203 milyon dollarlıq maliyyə vəsaiti ödəyib

2020-ci ilin noyabrından Ermənistan hökuməti Qarabağdakı separatçı-terrorçu rejimə 203 milyon dollarlıq maliyyə vəsaiti ödəyib
Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Rusiya hərbçilərinin dəstəyi ilə Azərbaycan Respublikasının Laçın dəhlizindəki dövlət sərhədini pozaraq Qarabağa səfər edib və orada “sosial biznesin inkişafı üçün proqram təqdim edib”.
Moderator.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan nəşrləri məlumat yayıb.
Qeyd olunur ki, N.Mkrtçyan, habelə nazir müavini Ruben Sarkisyan separatçı-terrorçu rejimin “dövlət naziri” adlanan Artak Beqlaryan adlı məxluqun müşayiəti ilə Xankəndindəki qanunsuz “parlament”də olub. Ermənistan naziri separatçı xuntanın “spiker”i adlanan Artur Tovmasyanla görüşdə “Ermənistanın Sosial və Əmək Nazirliyinin dəstəyi ilə Azərbaycan torpaqlarında həyata keçirilən 15 -ə yaxın proqramı müzakirə ediblər.
Xüsusilə, N.Mkrtçyan Ermənistan tərəfdən birbaşa sosial dəstəkdən inkişaf proqramlarına tədricən keçməyin vacibliyinə işarə edib.
Onun sözlərinə görə, səfərin əsas məqsədi dövlət dəstəyi proqramlarına daxil ediləcək sosial biznesin həyata keçirilməsi üçün yeni bir proqramın təqdim edilməsidir” –xəbərdə belə deyilir.
Xatırladaq ki, baş nazir N.Paşinyanın son iclaslardan birində verdiyi məlumata görə, 2020-ci ilin noyabrından bəri işğalçı Ermənistan hökuməti Qarabağdakı separatçı-terrorçu erməni rejiminə təxminən 203 milyon dollarlıq maliyyə vəsaiti ödəyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş