Sizin reklam burada
Sizin reklam burada

"Baş verənləri müşahidə etməyə nifrət edirəm"

"Baş verənləri müşahidə etməyə nifrət edirəm"
ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp bildirib ki, 2024-cü ilin seçki kampaniyası ilə bağlı planları açıqlamamalıdır, amma onlar amerikalıları sevindirəcəklər.
Bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib.

"Kampaniyanın maliyyələşdirilməsi qanunlarının mürəkkəb və inanılmaz dərəcədə axmaq olması səbəbindən bu suala cavab verə bilmərəm. Ancaq belə deyim: xoşbəxt olacaqsınız, bir çox dostumuz xoşbəxt olacaq", - deyə Tramp bildirib

Onun sözlərinə görə, bu suala birbaşa cavab ona çətinliklər gətirəcək. "İnsanlar, siz xoşbəxt olacaqsınız, çünki mən bu ölkəni sevirəm və baş verənləri müşahidə etməyə nifrət edirəm", - sabiq dövlət başçısı deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ