
Bizi çətin günlərimizdə tək buraxmayan azərbaycanlı qardaşlarımıza təşəkkür edirik.
Bu fikirləri türkiyəli könüllülər qrupunun üzvü Sönər Kasar söyləyib.
Türkiyədə baş verən meşə yanğınlarında Azərbaycanın verdiyi dəstəkdən danışan S.Kasar deyib:
"Biz bir millətik” deyimini belə anlarda bir daha sübut edirik. Bizə köməyə gələn hər bir şəxsə minnətdarıq. Bu birliyin sayəsində Türkiyə-Azərbaycan qardaşlığını heç kim ayıra bilməz. Bizim könüllü heyətimiz Türkiyədə baş verən yanğınların söndürülməsində yüksək fədakarlıq göstərən azərbaycanlı yanğınsöndürənlərə gördükləri işə görə təşəkkür edir. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, Azərbaycan var, nə yaxşı ki, türk qardaşlığı var.”
Conflict.az