Sizin reklam burada
Sizin reklam burada

"Onlar özləri üçün, ölkələri üçün döyüşməlidirlər"

"Onlar özləri üçün, ölkələri üçün döyüşməlidirlər"
Əfqanıstandan qoşunlarımızın çıxarılması qərarından peşman deyiləm və yerli təhlükəsizlik qüvvələri indi öz ölkələri üçün təkbaşına mübarizə aparmalıdırlar.
"TASS"-ın verdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

C.Bayden bildirib: "Onlar (Əfqanıstanın təhlükəsizlik qüvvələri - red.) özləri üçün, ölkələri üçün döyüşməlidirlər. ABŞ birbaşa hava dəstəyi verərək öhdəliklərini yerinə yetirməyə davam edəcəyini vurğulayır. Öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik, amma (Əfqanıstandan qoşunların çıxarılması - red.) qərarımdan peşman deyiləm".

Dövtlə başçısı qeyd edib ki, ABŞ Əfqanıstan qüvvələrinə maddi dəstək, bütün lazımi avadanlıq və ərzaq verəcək: "Lakin onlar döyüşmək istəməlidirlər. Onlar sayca "Taliban"dan daha çoxdurlar".

Conflict.az

  • Sosial şəbəkədə paylaş