2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli razılaşmaların icrası Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşması üçün prioritetdir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında ölkənin beynəlxalq mövqeyi üzrə sənədində deyilir.
Rusiya Xarici İşlər Nazirliyi BMT agentliklərinin və xüsusən də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı zonasında humanitar fəaliyyətlərə cəlb etməyi faydalı hesab edir.
"Onların mümkün işinin parametrləri rəsmi Bakı və Yerevanla birbaşa koordinasiya edilməlidir", - sənəddə deyilir.
Conflict.az