Sizin reklam burada
Sizin reklam burada

2020-ci ildə Azərbaycanda 17 482 şəxs cinayәt törәdib, onların 10 474 nəfəri əmək qabiliyyətli işləməyən şəxslər olub

2020-ci ildə Azərbaycanda 17 482 şəxs cinayәt törәdib, onların 10 474 nəfəri əmək qabiliyyətli işləməyən şəxslər olub
Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.

Bakupost.az -ın məlumatına görə, 2020-ci ildə Azərbaycanda 17 482 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 10 474 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.

Ötən il cinayət törədənlərin 844-ü məşğulluğuna görə fəhlə, 487-si qulluqçu, 145-i kənd təsərrüfatı işçiləri, 81-i təhsil alanlardır.

Cinayətkarların qalan 5 451-i digər sahələr üzrə işləyib.
Müәyyәn edilmiş cinayәt törәdənlərin 11 733-ü 30 və daha yuxarı yaşda olub.

Ümumilikdə, ölkədə həm müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı çoxalıb.

Bununla yanaşı, yaşı 30-dan çox olanlar arasında da qeydə alınan cinayətlərin sayı artıb. 2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2020-ci ildə 11 733-nün yaşı 30 və daha yuxarı olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş