Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın dövlət qurumunun rəsmi saytında “Dağlıq Qarabağ” ifadəsi işlədilir

Rusiyanın dövlət qurumunun rəsmi saytında “Dağlıq Qarabağ” ifadəsi işlədilir
Həmin qurumun internet saytında 4 dildə - rus dili ilə yanaşı, fransız, ingilis və ispan dillərində təqdim olunduğundan bu, həm də Ermənistanın xeyrinə beynəlxalq təbliğat kimi qəbul olunmalıdır...

Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bir hissəsində rəsmən “sülhməramlı” adıyla müvəqqəti olaraq fəaliyyət göstərən Rusiya hərbi kontingenti müvafiq qurumlarımızın susqunluğundan istifadə edərək növbəti dəfə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirib. Bu dəfə sözügedən hərbi kontingentin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı bölməsində Yuxarı Qarabağ, konkret olaraq Xocavənd rayonu ərazisi “Dağlıq Qarabağ” və “tarixi Ermənistan torpağı” kimi təqdim edilib.

“Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir həftə ərzində Dağlıq Qarabağdakı Amaras monastır kompleksini ziyarət edən 1000-dən çox zəvvarın və yerli sakinlərin təhlükəsizliyini təmin ediblər”.
Bu cümlə Rusiya MN-in saytının Azərbaycan torpağındakı rəsmən sülhməramlı hərbi kontingentinə aid bölməsində avqustun 2-i Moskva vaxtı ilə səhər saat 05:00-a aid məlumatındandır.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bütün xarici dövlət və təşkilatlara Azərbaycan Respublikası daxilində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi olmadığını xatırlatmasına zidd olaraq Rusiyanın sözügedən dövlət qurumunun rəsmi saytının məlumatında “Dağlıq Qarabağ” ifadəsi işlədilir.

Ancaq daha “cəlbedici” həmin məlumatdakı digər cümlədir:

“Amaras - erkən orta əsr xristian monastırlarından biridir və Martuni rayonunda yerləşir. Orta əsr Ermənistanında məşhur dini və mədəniyyət mərkəzi statusuna malik olub”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş