Sizin reklam burada
Sizin reklam burada

"Təyyarənin bir çox xüsusiyyətləri gizli saxlanılır"

"Təyyarənin bir çox xüsusiyyətləri gizli saxlanılır"
ABŞ-ın yeni B-21 Raider strateji bombardmançısı Rusiyanın hava hücumundan müdafiə sistemlərinə böyük çətinlik yarada bilər.
Bu fikirləri Kris Osborn “Nəşnl İnterest” jurnalındakı məqaləsində yazıb.

Osbornun yazdığına görə, bu təyyarənin bir çox xüsusiyyətləri gizli saxlanılır. ABŞ Hərbi Hava Qüvvələrinin yüksək vəzifəli zabiti jurnalistə bildirib ki, yeni bombardmançı günün istənilən vaxtında, dünyanın hər yerində istənilən hədəfə təhlükə yaradacaq.

Osborn B-21-in Rusiya və Çinin bənzər hava hücumundan müdafiə sistemlərində sınaqdan keçiriləcəyini də istisna etməyib.

Jurnalist Rusiyanın gözəgörünməz təyyarələri aşkar edə biləcək S-400 və S-500 sistemlərini də xatırladıb:

“Amma Rusiyanın hava hücumundan müdafiə sistemlərinin güclü olmasına baxmayaraq, təkmilləşdirilmiş B-21-i tapmaq və məhv etmək onlar üçün çətin olacaq. Yeni gizli texnologiyalarının olması təyyarəni Rusiya üçün ən pis kabusa çevirir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ