Sizin reklam burada
Sizin reklam burada

"Burada elektrik enerjisi tapmırıq"

 "Burada elektrik enerjisi tapmırıq"
Müəmmər Qəddafinin oğlu Saif əl-İslam hazırda atasının Yaşıllar Hərəkatının siyasi qüvvələrini yenidən səfərbər edir.
O, "New York Times" qəzetinə müsahibəsində bildirib.

O, prezidentliyə namizəd olub-olmadığını gizli saxlasa da, amma inanır ki, hərəkatı ölkənin itirilmiş birliyini bərpa edə bilər.

Saif əl-İslam bir müddət üsyançıların əsirliyində qaldığını, ancaq sonra müttəfiq olaraq faydalı ola biləcəyinə inandıqdan sonra onu sərbəst buraxdıqlarını söyləyib. Eks-prezidentin oğlu hesab edir ki, Liviya hazırda çöküb.

"Pul yox, təhlükəsizlik yoxdur. Burada həyat yoxdur. Yanacaqdoldurma məntəqəsinə gedin - benzin yoxdur. İtaliyaya neft və qaz ixrac edirik - İtaliyanın yarısını təmin edirik, amma burada elektrik enerjisi tapmırıq. Bu, böyük bir bədbəxtlikdir”- deyə o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ