Sizin reklam burada
Sizin reklam burada

"Bütün kadrlar etibarlıdır

"Bütün kadrlar etibarlıdır
Ukrayna Silahlı Qüvvələrində kadr dəyişikliyi ordunun gəncləşdirilməsinə hesablanıb.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov danışıb.

Danilov Müdafiə Nazirliyinə yeni təyin olunan bütün rəhbərlərin hərbi təhsilli insanlar olduğunu vurğulayıb:

"Bu bizim üçün çox vacib bir şeydir. Üstəlik, hamısı cəbhədən keçib, bütün kadrlar etibarlıdır. Bir dənə də olsun "arxa" adam nəzərdə tutulmayıb. Prezident gənc polkovniklərə, polkovnik-leytenantlara, mayorlara dəstək verəcək ki, inkişafımız olsun".

Qeyd edək ki, “Şimal” operativ komandanlığının rəhbəri Valeri Zalujnıy Silahlı Qüvvələrin Baş komandanı təyin olunub. Tibbi qüvvələr komandanı vəzifəsinə isə Tatyana Ostaşenko gətirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ