Sizin reklam burada
Sizin reklam burada

"Tərəfləri humanitar addımları inkişaf etdirməyə çağırıram"

"Tərəfləri humanitar addımları inkişaf etdirməyə çağırıram"
Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde özünün tvitter səhifəsində yazıb.
O, tərəfləri Azərbaycan, Rusiya və Ermənistanın hökumət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə çağırıb.
"Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər barədə məlumatlar böyük narahatlığa səbəb olur. Tərəfləri son humanitar addımları inkişaf etdirməyə və həll edilməmiş məsələlərin dinc yolla həlli üçün 9 noyabr bəyanatını tam yerinə yetirməyə çağırıram", deyə A.Linde qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş