Sizin reklam burada
Sizin reklam burada

Çin müdafiə naziri Şoyqunu hərbi təlimləri izləməyə dəvət etdi

Çin müdafiə naziri Şoyqunu hərbi təlimləri izləməyə dəvət etdi
Çin müdafiə naziri Vey Fenxe rusiyalı həmkarı Sergey Şoyqunu avqustda ölkəsində keçiriləcək birgə hərbi təlimləri izləməyə dəvət edib.
Söhbət Çinin Ninsiya-Xueysk Muxtar Bölgəsində keçiriləcək Rusiya-Çin təlimlərindən gedir.

Fenxe köhnə dostuyla görüşünə sevinəcəyini vurğulayıb. O, belə bir görüşün bəzi ölkələrin xoşuna gəlməyəcəyini söyləyib.

Rusiya müdafiə naziri dəvəti qəbul edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş