Sizin reklam burada
Sizin reklam burada

Baş nazir göstəriş verdi: "Başqalarının sağlamlığını təhlükəyə atan koronavirusa yoluxan şəxslər cinayət məsuliyyətinə cəlb edilsinlər"

Baş nazir göstəriş verdi: "Başqalarının sağlamlığını təhlükəyə atan koronavirusa yoluxan şəxslər cinayət məsuliyyətinə cəlb edilsinlər"
İsrailin Baş naziri Naftali Bennet özünü təcridetmə qaydalarını bilərəkdən pozan və başqalarının sağlamlığını təhlükəyə atan koronavirusa yoluxan şəxslərin mühakimə olunması və cinayət məsuliyyətinə cəlb edilmələri barədə göstəriş verib.
Bu barədə Baş nazirin administrasiyası məlumat yayıb.

"Baş nazir Bennett səhiyyə, daxili təhlükəsizlik nazirləri, baş polis müfəttişi və hökumətin hüquq müşavirinin iştirakı ilə koronavirusla mübarizə qaydalarına riayət edilməsinin gücləndirilməsinə dair toplantı keçirib. Baş nazir özünü təcridetmə qaydalarını bilərəkdən pozan və başqalarının sağlamlığını təhlükəyə atan koronavirusa yoluxan şəxslərin mühakimə olunması və cinayət məsuliyyətinə cəlb edilmələri barədə göstəriş verib", - məlumatda deyilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş