Sizin reklam burada
Sizin reklam burada

"Ermənistan hökumətinə kimlərsə qəyyumluq edir"

"Ermənistan hökumətinə kimlərsə qəyyumluq edir"
Ermənistan tərəfinin atəşkəsi pozmasının əsas səbəblərindən biri daxildə gedən proseslərdir. Görünür ki, Ermənistan hökumətinə kimlərsə qəyyumluq edir.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Ermənistana dəstək verən ölkələr sırasında Rusiya və Fransa öndə gəlir: “Avropa İttifaqının üzvü olan Fransanın yürütdüyü siyasət isə qəbuledilməzdir. Fransa Ermənistan dövlətinə ordu quruculuğunda yardım etməyə maraqlı olduğunu aydın şəkildə ifadə edib. Hətta yaxın zamanda Emmanuel Makron İrəvana rəsmi səfər edəcək və oradan bizə qarşı bir sıra fikirlər səsləndirə bilər. O, demək olar ki, hər çıxışında Azərbaycana, İslam dininə qarşı çıxışlar edib. Onu bu cür qızışdıran Rusiya siyasi rəhbərliyidir. Fransa 44 günlük Vətən müharibəsi dövründə də bütün beynəlxalq qurumlara müraciət etdi və müxtəlif mövzularda Azərbaycanı ittiham etməyə çalışdı. İndi isə həm Qarabağda yaşayan ermənilərin statusu haqqında, həm də sülh müqaviləsi ilə bağlı Ermənistan hakimiyyətinə bəzi təlimatlar verir. Ermənilər də Fransa və Rusiya prezidentlərinin çıxışlarından məmnundurlar”.

Q.Hüseynli vurğulayıb ki, Rusiya və Fransa üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər: “Fransa dövləti Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Biz bunu həm müharibə dövründə, həm də müharibədən sonra gördük. Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi gedir. Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra gah seçkiqabağı vəziyyəti, gah da hökumətin tam formalaşmadığını bəhanə edərək danışıqları ləngidir. Azərbaycan isə bütün bu məsələləri danışıqlar yolu ilə həll etmək istəyir. Nikol Paşinyan yenə radikal və real olmayan çıxışlar edir. Qarabağın statusu müəyyən olmadan Azərbaycanla danışıqlar aparmayacağını deyir. Bu cür çıxışlar isə bölgədə gərginliyi artıran proseslərdən biridir. Ermənistan tərəfi belə fikirlər səsləndirməyə davam edərsə, Azərbaycan Ordusu anti-terror əməliyyatları keçirə bilər. Çünki Ermənistanın davranışları məğlub olmuş dövlətin hərəkətlərinə bənzəmir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş