Sizin reklam burada
Sizin reklam burada

"Bunu ətraflı müzakirə etdik"

"Bunu ətraflı müzakirə etdik"
Türkiyə Əfqanıstan konfliktinin nizamlanmasına qoşulmalıdır.
Bunu Pakistan Baş naziri İmran Xan Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə görüşdən sonra deyib.

“Biz Əfqanıstanın qonşuları kimi bu məsələdən narahatıq. Qardaş Əfqanıstan xalqı son 40 ildir müharibələrdən əziyyət çəkir. Əfqanıstanda sülhün əldə olunması dinc siyasi nizamlanmanı zəruri edir. Biz bunu ətraflı müzakirə etdik. Hesab edirik ki, Əfqanıstanın qonşuları – Özbəkistan, Tacikistan, İran, Pakistan və hətta Türkiyə sülh prosesinə qoşulmalıdır. Biz çalışırıq ki, dövlət başçılarının sammitini təşkil edək”, – deyə o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş