Sizin reklam burada
Sizin reklam burada

Bir qrup silahlı şəxs meşələrə çəkildi - ABŞ-da

Bir qrup silahlı şəxs meşələrə çəkildi - ABŞ-da
ABŞ-ın Boston şəhərinin şimalında bir qrup silahlı şəxs onları saxlayan polis əməkdaşlarına ABŞ qanunlarını tanımadıqlarını söyləyərək meşələrə çəkiliblər.

Bu barədə Massaçusets ştatının polis departamentinin “Twitter” səhifəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, iki avtomobildə olan bir qrup şəxs yaxşı silahlanmış vəziyyətdə olub, üzərlərində tapança və tüfəng gəzdiriblər.

Silahlı şəxslərin meşələrə çəkilməsindən sonra polislər ştatın əsas magistral yollarında hərəkəti bağlayıb, ətraf ərazidə yaşıyan şəxslərə küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Hadisə yerinə əlavə polis qüvvələri və xüsusi xidmət orqanın zabitləri cəlb edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş