Sizin reklam burada
Sizin reklam burada

"NATO təxribatlarla məşğuldur"

"NATO təxribatlarla məşğuldur"
"NATO məqsədyönlü şəkildə Rusiya sərhədləri ətrafında eskalasiya və təxribatlarla məşğuldur".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, təşkilat təxribatçı "əzələ oyunu" nümayiş etdirir.

Xatırladaq ki, bu günlərdə Krımdakı Fiolent burnu yaxınlığında Britaniyanın “Defender” esminesi Rusiyanın ərazi sularını pozmuşdu. Rusiyanın sahil mühafizəsi gəmiləri və “Su-24M” bombardmançı təyyarəsi onun qarşısını kəsərək esminesi geri qaytarmışdı. Bundan başqa, iyunun 28-də Qara dəniz bölgəsində Ukrayna Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə başlayan "Sea Breeze-2021" təlimləri də hazırda davam edir. Təlimlərə görə Qara dənizə 30-dan çox ölkə 5000-ə yaxın əsgər, 32 gəmi, 40 təyyarə, 18 xüsusi təyinatlı və dalğıc qrupu göndərib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ