
Türkiyənin İstanbul Konvensiyasından çıxması dərin xəyal qırıqlığı oldu. Konvensiyadan çəkilmək həm də beynəlxalq şiddətə son qoyma səyləri baxımdan geri addımdır.
Bu açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.
"Bütün ölkələri şiddətin bütün növlərinin qarşısını almağa və buna qarşı cavab tədbirlərini gücləndirməyə çağırırıq", - Prays vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə rəsmən "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və mübarizə haqqında Konvensiya”nı tərk edib.
Conflict.az