
Seçkilər ərəfəsində şərtlər tələb edərsə, o zaman ittifaq barədə düşünə bilərik. Lakin bu və ya digər şəkildə ittifaqa qoşulmaq üçün gəlməmişik.
Bu sözləri Türkiyənin Gələcək Partiyasını rəhbəri, sabiq baş nazir Əhməd Davudoğlu deyib.
“Təkbaşına iqtidar olmaq üçün bütün lazımi addımları atacağıq”, - deyə Davudoğlu bildirib.
Qeyd edək ki, 2023-cü ildə qardaş Türkiyədə prezident və parlament seçkilərinin keçirilməsi planlaşdırılır.
Conflict.az