Sizin reklam burada
Sizin reklam burada

Peyvəndi etdirmək vacibdir

Peyvəndi etdirmək vacibdir
Üçüncü dalğaya baxmayaraq, koronavirus peyvəndi etdirmək vacibdir.
Bu barədə rusiyalı biologiya elmləri doktoru Ança Baranova deyib.

O bildirib ki, Rusiyada vaksinasiya olunmayanlar müxtəlif əsaslar gətirirlər:

"Olunmayacağam, çünki indi təhlükəlidir", "Sabah, bu gün deyil", yaxud hər hansı məntiqsiz bəhanələr... Düşünürəm ki, indi bunları unutmaq gərəkdir. Vaksiniya ilə bağlı qeydiyyata düşmək lazımdır. Çünki indi vaksinasiya əlçatandır, hərçənd bəzi bölgələrdə uzun növbələr vardır".

Bioloq qeyd edib ki, virus əleyhinə preparatların da araşdırılması gərəkdir:

"Güclərimizi səfərbər etməliyik. Bir preparat yalnız insan orqanizmi üçün işləyir, virus əleyhinə deyil. Bizdə olan virus əleyhinə preparatlar təəssüf ki, koronavirus əleyhinə qeyri-effektivdir və mutant variantların meydana gəlməsini sürətləndirir. Bunlar tez bir zamanda dəyişdirilməlidir ki, həqiqətən də virusa qarşı mübarizə aparaq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş