Sizin reklam burada
Sizin reklam burada

"Onlar risk qrupunda olmadıqları təqdirdə belə səhiyyə işçilərindən sonra peyvənd edilməlidirlər"

"Onlar risk qrupunda olmadıqları təqdirdə belə səhiyyə işçilərindən sonra peyvənd edilməlidirlər"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqları peyvənd etməyə çağırıb.
Bu barədə ÜST-nin saytında yerləşdirilən tövsiyələrdə qeyd edilir.
Bildirilir ki, uşaqlar və yeniyetmələr böyüklərlə müqayisədə koronavirusu daha yüngül formada keçirirlər: "Bu səbəbdən, onlar koronavirusu ağır keçirmə riski daha yüksək olan qrupda olmadıqları təqdirdə, yaşlı insanlar, xroniki xəstəlikləri olan insanlar və səhiyyə işçilərindən sonra peyvənd edilməlidirlər".
Daha əvvəl ÜST COVID-19 peyvəndlərinin uşaqlara təsiri barədə yetərli məlumatın olmadığını bildirmişdi, bu səbəbdən uşaqların peyvənd edilməsini tövsiyə etmirdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş