Sizin reklam burada
Sizin reklam burada

"Əgər onlar ölkənin maraqlarını təmin etməsələr..."

"Əgər onlar ölkənin maraqlarını təmin etməsələr..."
ABŞ hakimiyyəti ilə istənilən danışıqlara qanunverici qadağa haqqında qətnamənin layihəsi çərşənbə günü İran Məclisinə (parlament-red) daxil olub.
Bu barədə “Fars” agentliyi bildirib. Layihənin təfərrüatları hələ açqlanmır.
Bazar ertəsi İranın yeni prezidenti İbrahim Rəisi bildirib ki, ABŞ prezidenti Cozef Baydenlə görüşmək niyyətində deyil və əgər onlar ölkənin maraqlarını təmin etməsələr, İran Birləşmiş Ştatlarla Birgə Hərtərəfli İş Planı üzrə danışıqlar aparmayacaq. Bu halda Rəisi vurğulayıb ki, İran ABŞ-ı iş planı üzrə öhdəliklərinin icrasına qayıtmağa çağırır.
Birgə Hərtərəfli İş Planı 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurası üzvləri və Almaniya arasında qəbul edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş