Sizin reklam burada
Sizin reklam burada

"Yüzlərlə seçki məntəqəsindən ciddi siqnallar almışıq ki, bunlar planlı saxtalaşdırmaya şahidlik edir”

"Yüzlərlə seçki məntəqəsindən ciddi siqnallar almışıq ki, bunlar planlı saxtalaşdırmaya şahidlik edir”
Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku bəyanat yayıb.
Bəyanatda növbədənkənar parlament seçkilərinin nəticəsini “hələ ki” qəbul etməyə hazırlaşmadıqları bildirilib.

Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etibar yaratmır.

“Müxalifətin çoxsaylı mitinqi və hakimiyyətin gözlə görünən azsaylı tədbiri, ölkədəki etibar krizisi başqa ovqatdan xəbər verir. Yüzlərlə seçki məntəqəsindən ciddi siqnallar almışıq ki, bunlar planlı saxtalaşdırmaya şahidlik edir”, - bəyanatda bildirilib.

“Ermənistan” bloku qeydə alınan qanunsuzluqları araşdıracağını və bu sualların cavabı tapılmayana qədər seçki nəticələrini tanımayacağını elan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş