
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra CNN-in müxbiri Keytlin Kollinzin sualına olduqca sərt formada cavab verib.
Jurnalist görüşdən çıxan Baydenə “Nə üçün Vladimir Putinin mövqeyinin dəyişəcəyinə əminsiniz” sualını ünvanlayıb.
Ağ Ev rəhbəri isə sualı əsəbi formada cavablayıb:
“Mən əmin deyiləm ki, o, mövqeyini dəyişəcək. Harada, lənətə gəlsin... Bu vaxt ərzində siz nə edirsiniz? Harada demişəm ki, mən əminəm? Demişəm ki, dünya onların (Rusiya – red.) addımlarına reaksiya versə, bu, onların davranışını dəyişdirəcək və statusunu aşağı salacaq. Mən heç nədə əmin deyiləm. Sadəcə faktı bildirirəm”.
Bir qədər sonra isə Bayden sözügedən müxbirdən üzr istəyib:
“Son sualı verən şəxsdən üzr istəməliyəm. Cavablayarkən “ağıllı” görünməməli idim”.
Conflict.az