Sizin reklam burada
Sizin reklam burada

"Karapetyan “əl uşağı”dır

"Karapetyan “əl uşağı”dır
Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı, Mülki Müqavilə Partiyasının lideri Nikol Paşinyan sabiq baş nazir Karen Karapetyanı “əl uşağı” adlandırıb.
Seçki təbliğatı çərçivəsində Qafanda seçiciləri qarşısında çıxış edən Paşinyan Köçəryana işarə ilə deyib:

“İndi o iş yerlərini paylayır, deyir ki, Karen Karapetyana vəzifə təklif edib. Karapetyan lətifə qəhrəmanına dönüb. Sifariş yerinə yetirən uşaq olub: top meydandan kənara çıxır, ona deyirlər, qaç topu gətir”.

Paşinyan Köçəryanı gənc pensioner də adlandırıb.

“Sonra Serj Sərkisyanı və Artur Vanetsyanı da işə götürəcək? Yox, daha onun Ermənistanda kiməsə iş verməyə imkanı olmayacaq”, - Paşinyan deyib.

Qeyd edək ki, Karen Karapetyan Köçəryanı dəstəklədiyini açıqlayıb. Bu gün isə Köçəryanla Karapetyan görüşüblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş