Sizin reklam burada
Sizin reklam burada

"Rusiya ordusunu sərhədə gətirəndə..."

"Rusiya ordusunu sərhədə gətirəndə..."
Almaniyada istehsal olunan silahların Ukraynaya tədarükü "Normandiya formatı"nda keçirilən görüşlərə və Rusiya ilə aparılan danışıqlara mənfi təsir göstərə bilər.
Bunu Almaniya xarici işlər naziri Hayko Maas deyib.

Maas vurğulayıb ki, ölkəsi Ukraynanın iqtisadiyyatını inkişaf etdirmək və vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün köməyə davam etmək istəyir:

"Biz də Ukraynanın təhlükəsizlik maraqlarını dəstəkləmək və Donbasda sülhə töhfə vermək istəyirik. Bunlar bizim prioritetlərimizdir".

O əlavə edib ki, Ukrayna bu məsələlərdə Almaniyanın dəstəyinə ümid bəsləyə bilər:

"Rusiya ordusunu sərhədə gətirəndə Almaniya hökuməti açıq şəkildə Ukraynanın suverenliyini dəstəklədiyini bildirdi".

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ