Sizin reklam burada
Sizin reklam burada

"Davaya Paşinyanın tərəfdarları başladı"

 "Davaya Paşinyanın tərəfdarları başladı"
Gümrüdə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın tərəfdarları ilə Robert Köçəryanın tərəfdarları arasında toqquşma baş verib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.

“Vardanants” meydanındakı mitinqdən sonra Paşinyan və tərəfdarları şəhər mərkəzinə doğru yürüş ediblər. Toqquşma da Paşinyan tərəfdarlarının “Ermənistan” (Hayastan) blokunun qərargahının yanından keçdikləri zaman baş verib.

“Ermənistan” blokunun Şirak vilayəti üzrə koordinatorlarından biri Karapet Poqosyan bildirib ki, davaya ilk olaraq Paşinyanın tərəfdarları başlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ