
Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın ölkənin müəssisələrinə sanksiya tətbiq edilməsinə dair təklifi görünməmiş bir alçaqlıqdır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Belaruslular bu müəssisələrdə işləyirlər. On illərdir ölkəsi üçün daxili məhsullar istehsal edən insanları - öz vətəndaşlarını hədəf almağı necə xahiş edə bilərsiniz?", - Zaxarova söyləyib.
Qeyd edək ki, ABŞ Konqresində çıxış edən Tixanovskaya ölkənin qabaqcıl müəssisələrinə sanksiya tətbiq olunmasını təklif edib.
Conflict.az