Sizin reklam burada
Sizin reklam burada

"Pilotsuz aparatlarının dəstəyi ilə texnikaların birgə fəaliyyətini təmin etmək istəyirik"

"Pilotsuz aparatlarının dəstəyi ilə texnikaların birgə fəaliyyətini təmin etmək istəyirik"
Türkiyə silahlı sürücüsüz quru texnikası BARKAN-nın sınaqlarına başlayır.
Bu barədə HAVELSAN şirkətinin məlumatında deyilir.

Artıq ilin sonunda sözügedən texnikanın Türkiyə ordusunun inventarına daxil olması planlaşdırılır.

“İyun-avqust aylarında sınaqlar keçiriləcək. Sınaqların nəticələrinə əsasən, texnikaların müəyyən modifikasiyalarının olacağı qaçılmazdır. Təkmilləşmə də aparıla bilər. İlin sonuna doğru texnikaları fəaliyyətdə görə bilərik. Xüsusilə pilotsuz uçuş aparatlarının ("Bayraqdar" - red.) dəstəyi ilə bu texnikaların birgə fəaliyyətini təmin etmək istəyirik”, - deyə şirkət rəhbərinin müavini Muhittin Solmaz bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş