Sizin reklam burada
Sizin reklam burada

Səsvermə iyunun 18-i keçiriləcək

Səsvermə iyunun 18-i keçiriləcək
BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında BMT-nin hazırkı baş katibi Antonio Quterreşin namizədliyinin bu vəzifədə ikinci müddətə irəli sürülməsi tövsiyə edilib.
Bunu Təhlükəsizlik Şurasının hazırkı sədri, Estoniyanın BMT-dəki daimi nümayəndəsi Sven Yurqenson deyib.

S.Yurqenson bildirib: "BMT Təhlükəsizlik Şurası BMT Baş Assambleyasına Antonio Quterreşin 1 yanvar 2022 - 31 dekabr 2026 tarixləri üçün BMT Baş Katibi vəzifəsinə ikinci müddətə təsdiq edilməsini tövsiyə edib".

Estoniyalı diplomat qeyd edib ki, A.Quterreşin namizədliyi üzrə səsvermə BMT Baş Assambleyasında iyunun 18-i keçiriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş