Sizin reklam burada
Sizin reklam burada

"Əhalinin özü bunu istəmir”

"Əhalinin özü bunu istəmir”
“Dünyada hər ailə yalnız bir uşağa sahib olsa, onda yer üzündə əhalinin artımı dayanacaq və hamı yaxşı yaşayacaq”.
Bunu Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

O, ailələrə üç uşaq sahibi olmağa icazə verilən Çini misal gətirib.

Siyasətçiyə görə, Pekin yalnız texniki məsələləri düşünür: kim işləyəcək və təqaüdçüləri kim əvəz edəcək:

“Amma həm Çinin, həm də digər ölkələrin rəhbərlikləri ilk növbədə qadınları da nəzərə almalıdır, yalnız iqtisadiyyat yox. Çin rəhbərliyi deyir ki, “Gəlin doğaq”. Yəni çinli qadınları “insan istehsal edən maşın”a çevirmək istəyirlər. Əhalinin özü isə bunu istəmir”.

Jirinovski qeyd edib ki, dünyada hər ailədə bir uşaq olarsa, o zaman yer üzündə bir milyard və ya 500 milyon insan qalacaq və onlar yaxşı yaşayacaqlar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş