Sizin reklam burada
Sizin reklam burada

"Almaniya danışıqlar masasındadır"

"Almaniya danışıqlar masasındadır"
ABŞ rəhbərliyi "Şimal axını-2" qaz kəmərini artıq tamamlanmış hesab edir və bununla bağlı alman rəsmilərlə Rusiyanın təbii qazının Avropaya ixracı və Ukraynanın maraqlarının təmin edilməsi ilə bağlı gələcək addımlar barədə danışıqlar aparır.
Bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.

"İndi Almaniya danışıqlar masasındadır. Ukraynanın bir müddət bu mərhələdə itirəcəyi tranzit ödənişlərini təmin etmək üçün Almaniya ilə fəal şəkildə qarşılıqlı əlaqədəyik", - Blinken qeyd edib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Rusiyanın yeni qaz kəməri layihəsinin 95 faizinin tikildiyini, ona qarşı sanksiyaları artıq mənasız saydığını bildirmiş, Ukrayna isə bundan ciddi narahatlığını dilə gətirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ