
Kanadada dəhşətli cinayət hadisəsi baş verib.
Ontario əyalətində 20 yaşlı naməlum şəxs yük maşını ilə müsəlman bir ailədən olan 4 nəfəri əzərək öldürüb.
Yerli polisin məlumatına görə, hadisə əvvəlcədən planlaşdırılıb:
“Bunun planlaşdırılmış, nifrət zəminində törədilmiş insident olduğu qənaətindəyik. Bu qurbanlar müsəlman olduqları üçün öldürülüb”.
Qeyd edək ki, cinayəti törədən şəxs olay yerindən 7 km uzaqlıqda ticarət mərkəzində ələ keçib.
Conflict.az