
Ukrayna və ABŞ prezidentləri arasında danışıqların olması yaxşı xəbərdir. Hakimiyyətə uğurlar diləyirəm.
Bu sözləri Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko deyib.
“Söhbət bizim dünyadakı maraqlarımızdan getdikdə siyasi opponentlər deyil, bir milli komandayıq”, - deyə Poroşenko qeyd edib.
O bildirib ki, Cenevrədə Rusiya-ABŞ sammiti öncəsi Ağ Ev Kiyevə qətiyyətli və sarsılmaz dəstəyini nümayiş etdirməlidir.
Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı baş tutub. Co Bayden Vladimir Zelenskini Vaşinqtona dəvət edib.
Conflict.az