
Türkiyə hökuməti Rusiyadan aldığı S-400 zenit raket sistemlərini NATO üçün təhlükə hesab etmir və bu mövzuya realist mövqedən yanaşmağı planlaşdırır.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın L'Opinion qəzetinə açıqlamasında deyib.
"S-400 raketləri NATO üçün heç bir təhlükə yaratmır. Türkiyə S-400 məsələsinə realist mövqedən və konstruktiv dialoq əsasında yanaşmaq niyyətindədir", - o bildirib.
Nazir əlavə edib ki, Ankara NATO tərəfdaşlarına qarşı heç bir düşmənçilik hərəkəti etmədiyini sübut edib.
Conflict.az