Sizin reklam burada
Sizin reklam burada

Türkiyənin yerli sistemləri digər dövlətlərin maraq dairəsinə girib

Türkiyənin yerli sistemləri digər dövlətlərin maraq dairəsinə girib
“Türkiyənin silah sənayesi davamlı olaraq, türk ordusunu 140-dan çox pilotsuz uçan aparatla (PUA) ilə təchiz edib”.
Bu barədə Amerikanın “National News” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, Türkiyənin xaricdə nüfuz qazanmaq üçün dronlarından “texnoloji millətçilik” kimi istifadə edir:
“Türkiyə kimi orta səviyyəli bir güc zehin və məhdud büdcəsindən istifadə edərək nələr edə biləcəyini göstərdi. Bu, digər Avropa ölkələri üçün bir xəcalətdir.

Döyüş sahəsindəki qabiliyyətlərini sübut edən Türkiyənin yerli sistemləri öz performansları ilə artıq digər dövlətlərin maraq dairəsinə girib. Türkiyənin dron proqramının böyüklüyü və müvəffəqiyyəti, xüsusilə qərb məhsullarından ucuz qiymətə olması digər qonşu gücləri və onların silah sənayelərini ciddi suallar qarşısında qoyur”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ