
Avropa Birliyi Şurası kibercinayətkarlıqla mübarizədə çərçivəsində Rusiya, Çin və Şimali Koreya vətəndaşlarına qarşı qəbul etdiyi sanksiyaların müddətini 18 may 2022-ci il tarixinə qədər uzadıb.
Bu barədə AB-nin məlumatında deyilir.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər daha bir il müddətinə qüvvədə qalacaq.
Qeyd edək ki, ittifaq kiberhücumlardan dolayı ötən il sözügedən ölkələrin fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq etmişdi.
Conflict.az