Sizin reklam burada
Sizin reklam burada

"Yaxşı olardı ki, ölkəmizə gələn turistlər sərhəddə TƏBİB nümayəndələri tərəfindən yoxlansınlar"

"Yaxşı olardı ki, ölkəmizə gələn turistlər sərhəddə TƏBİB nümayəndələri tərəfindən yoxlansınlar"
Artıq yay mövsümünə yaxınlaşdıqca bütün dünya üzrə karantin qaydalarının yumşaldılmasının şahidi oluruq. Belə ki, bəzi ölkələrdə açıq havada maska taxmaqla bərabər, sosial məsafə qadağası, turistlərin 14 günlük karantində qalması da aradan qaldırılıb.

Bəs, maraqlıdır Azərbaycanda necə, yaya doğru turizmin dirçəldilməsi naminə bəzi qadağaları aradan qaldırmaq mümkündürmü?

Məsələ ətrafında Sfera.az-a danışan turizm üzrə ekspert Rəhman Quliyev turistlərin karantində qalmasının zəruri olmadığını bildirib:

"Məlum olduğu kimi bir il ərzində dünya iqtisadiyyatının əsasını təşkil edən turizm sektoru demək olar ki, tənəzzülə doğru getdi. Azərbaycanda da karantin səbəbi ilə tur rəhbərindən hotel işçisinədək bu sektordakı hər kəsə ziyan dəyib. Lakin demək olar ki, bu qaranlıq tunelin artıq sonuna doğru gəlib çıxmışıq. Azərbaycana gələn turistlərə tövsiyyə olunur ki, 14 gün ərzində özünü təcrid etsin. Lakin bir həftəlik tur paket götürən şəxslər necə 14 gün karantində qalsın ki? Sadəcə olaraq yaxşı olardı ki, ölkəmizə gələn turistlər sərhəddə TƏBİB nümayəndələri tərəfindən yoxlansınlar. Həmin yoxlanışının nəticəsi çıxanadək isə turistlərin şəhərdə hərəkətinə mane olmaq lazımdır".

Müsahibizimin sözlərinə görə artıq işğaldan azad oluna ərazilərə də turistlərin marağı çoxalıb. R.Quliyev İsrail, Türkiyə və Asiya ölkələrindən turistlərin Şuşa və Zəngilana maraq göstərdiyini qeyd edib:

"Artıq yerli və xarici turistlər Şuşa və Zəngilana turların təşkilini istəyirlər. Bu da məlum məsələdir. Belə ki, Zəngilanın təbiətinə nə İsveçrə, nə də Strasburq çata bilər. Orada elə yeraltı sular var ki, dünyada belə tərkibli su yoxdur. Həmçinin Zəngilanın bitki örtüyü də zəngindir. İki mindən çox bitkinin müalicəvi əhəmiyyəti var. Lakin çox təəssüf olsun ki, bu ərazilərə üç il ərzində tur təşkil etmək mümkün olmayacaq. Çünki hələ də aşkarlanmamış minalar var və turistlərin belə yerlərə cəlb edilməsi təhlükəlidir. Ümumiyyətlə yerli əhali işğaldan azad olunan yerlərdə məskunlaşmayanadək bu ərazilərə turların təşkil edilməsi yaxşı olmaz".

Conflict.az

  • Sosial şəbəkədə paylaş