Sizin reklam burada
Sizin reklam burada

Dəstək məqsədilə hökumət binalardan İsrail bayraqları asdırdı

Dəstək məqsədilə hökumət binalardan İsrail bayraqları asdırdı
İranın xarici işlər naziri Cavad Zərif Avstriyaya bugünki səfərini təxirə salıb.

Bu barədə Avstriya XİN-dən məlumat verilib.

Məlumata əsasən, səfərin təxirə salınmasına səbəb Avstriya dövlət qurumlarına məxsus binalardan İsrail bayrağının asılması olub.

XİN-dən bildirilib ki, səfər çərçivəsində Zərif avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşməli idi.

Qeyd olunub ki, İranın nüvə proqramı ətrafında Vyanada aparılan danışıqlar davam etdiriləcək.

Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasında birincilərə dəstək məqsədilə cümə günü Avstriya hökumət binalarından İsrail bayraqları asılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ