
“Maykrasoft” şirkətinin sahibi Bill Qeyts boşandığı həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.
Bu barədə “Blumberq” nəşri yazıb.
Qeyd olunub ki, Melindaya məxsus “Deere & Co” şirkətinə Bill Qeytsə aid “Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib. Aktivlərə qiymətli kağızlar, özəl və riskli kapital, enerji və otel sahəsinə aid aksiyalar daxildir.
Xatırladaq ki, “Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.
Confiict.az
