Sizin reklam burada
Sizin reklam burada

Türk millətinə qarşı böhtan atmaq yox hökmündədir"

Türk millətinə qarşı böhtan atmaq yox hökmündədir"
“Qiyamla, üsyanla Osmanlı dövlətinə xəyanət edib torpaq iddiasına düşən, türk qətliamları törədən ermənilərin deportasiya ilə cəzalandırılması əcdadlarımızın onlara qarşı ən alicənab davranışıdır”.
Bunu APA-nın yerli bürosuna türkiyəli ziyalı, Türkiyənin Təhsil-Həmkarlar Təşkilatının rəhbəri Talip Geylan bildirib.

T.Geylan ABŞ Prezidenti Co Baydenin 24 aprel 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar verdiyi açıqlamada qondarma “soyqırımı” ifadəsini işlətməsinə sərt reaksiya verib: “Tarix boyu dünyaya hakim olan, onlarla dövlət və imperiya quran, tarixin heç bir dönəmində soyqırımı və müstəmləkəçiliklə xatırlanmayan türk millətinə qarşı böhtan atmaq yox hökmündədir. Tər-təmiz tariximizin şərəfi bizə və gələcək nəsillərimizə, qətllərlə, cinayətlərlə dolu tarixinizin xəcaləti isə təkcə sizə deyil, nəvələrinizə də yetər.

Qırmızıdərili amerikalıların qətlləri üzərində qurulmuş olan dövlətinizin qısa tarixində Yaponiyadan Vyetnama, Əfqanıstandan İraq və Suriyaya qədər dünyanın dörd bir yanında əlini məsumların qanına bulayan ABŞ tarixi həqiqətləri dəyişə bilməz”, - deyə T.Geylan bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş